Dünya
Yunanıstandan Ankaraya TƏHDİD: “Geri dönəcəklərmi?”
Türkiyə və Yunanıstan arasında Egey dənizində yerləşən Kardak adası ilə bağlı qarşıdurma getdikcə böyüyür.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Yunanıstanın müdafiə naziri Panos Kammenos Ankaranı təhdid edib.
“Yunan adasına çıxa bilməzlər. Yunan adasına ayaq basanlar geri dönəcəklərmi?” - deyə yunan nazir bildirib.
Panos Kammenos bununla da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Baş qərargah başçısı Kardaka çıxmaq istəsəydi, çıxardı” açıqlamasına cavab verib.
“Səbrimizin sərhədi var. Yəni, sonsuz deyil. Böyüklük edirik, öz aramızda olduğu üçün bəzi şeyləri söyləmək istəmirəm. İndiki yunan hökumətinin ərköyün uşağı olan nazirdən də narazı olduğunu bilirik. Avropanın ərköyün uşağı, koalisiyanın ərköyün uşağı, nədir bu? İşimiz, gücümüz ərköyün uşaqları idarə etməkdirmi? Türk əsgərinin lazım gəldiyi zaman nə edə biləcəyini ən yaxşı onların özü bilir. O ərköyün uşağa da yaxşı izah etsinlər”, - deyə Çavuşoğlu bildirmişdi.
Ömər Dağlı
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək