Tramp 17 ildə ABŞ-ın Yaxın Şərqdə xərclədiyi pulu açıqladı
Bizi izləyin

Dünya

Tramp 17 ildə ABŞ-ın Yaxın Şərqdə xərclədiyi pulu açıqladı

"Biz heç vaxt müharibələri uduzmurduq".

“Birləşmiş Ştatlar Yaxın Şərqdə hərbi əməliyyatlara və müttəfiqlərin dəstəyinə 6 trilyon dollar xərcləyib, amma nəticədə heç nəyə nail olmayıb”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evdə ştatların qubernatorları ilə görüşdə ABŞ prezidenti Donald Tramp deyib.

“Biz heç vaxt müharibələri uduzmurduq. Mən xatırlayıram ki, Amerika heç vaxt uduzmurdu. Amma indi biz heç vaxt müharibələrdə qalib gəlmirik. Biz Yaxın Şərqdə 17 il vuruşduq. Biz Yaxın Şərqdə 6 trilyon xərclədik. Bu sadəcə yolverilməzdir, axı biz heç nəyə nail olmadıq”, - Amerika lideri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm