Növbəti terror hadisəsi: 5 yaralı
Bizi izləyin

Dünya

Növbəti terror hadisəsi: 5 yaralı

Nəzarət-keçid məntəqəsində minalanmış avtomobil partladılıb.

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 2 hərbçi və 3 polis əməkdaşı yaralanıb.

Məlumata görə, nəzarət-keçid məntəqəsində minalanmış avtomobil partladılıb.

Partlayışın "Əş-Şəbab" terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir. “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” qruplaşması Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm