Suriyada 400 min insan mühasirəyə düşüb
Bizi izləyin

Dünya

Suriyada 400 min insan mühasirəyə düşüb

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

Suriyanın silahlı toqquşmaların artdığı Şərqi Ğut yaşayış məntəqəsində 400 mindən çox insan mühasirədədir.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Biz Şərqi Ğutda mühasirədə qalan 400 mindən çox insanın müdafiəsi və təhlükəsizliyindən son dərəcə narahatıq. Son həftələr Şərqi Ğutda dinc sakinlərin ölümünə və yaralanmasına səbəb olan, həmçinin mülki infranstrukturun sıradan çıxması ilə nəticələnən intensiv toqquşmalar barədə məlumatlar daxil olub", - deyə Düjarrik brifinqdə bildirib.

Onun sözlərinə görə, BMT-nin hazırda oradakı vəziyyəti qiymətləndirmək imkanı yoxdur, çünki təşkilatın missiyası sonuncu dəfə bu əraziyə 2016-cı ilin oktyabrında gedə bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm