Bir gündə 52 MİT-çi edam edildi: Hakan Fidan həmin gün... – ŞOK DETALLAR
Bizi izləyin

Dünya

Bir gündə 52 MİT-çi edam edildi: Hakan Fidan həmin gün... – ŞOK DETALLAR

PKK terror təşkilatı Türkiyə Milli İstihbarat Təşkilatının 52 agentini bir gündə edam edib.

PKK terror təşkilatı Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 52 agentini bir gündə edam edib.

Publika.az “Türkiye Gazetesi”nə istinadən xəbər verir ki, bu Fəthullahçı Terror Təşkilatının (FETÖ) PKK-ya verdiyi siyahı nəticəsində mümkün olub.

Nəşrin əməkdaşı Nuru Eibolun yüksək vəzifəli təhlükəsizlik səlahiyyətlilərindən əldə etdiyi məlumata görə, PKK içində olan MİT heyətinin adları FETÖ tərəfindən PKK-ya sızdırılıb. MİT rəhbəri Hakan Fidanın FETÖ-çü prokurorlar tərəfindən ifadə verilməsi üçün çağırıldığı gün - 2012-ci il fevralın 7-də adları PKK-ya sızdırılan 52 MİT əməkdaşı terror təşkilatı tərəfindən edam edilib.

Xatırladaq ki, ötən ay eyni mövzu barədə “Anadolu” agentliyi yazıb. Agentliyin yazdığına görə, İstanbulda tutulan FETÖ üzvü Camal Bulut PKK-ya sızan MİT əməkdaşlarının siyahısını PKK rəhbərlərinə göndərib. İstintaq zamanı Camal Bulutun PKK-ya sızan təhlükəsizlik və MİT əməkdaşlarının siyahısını Şimali İraqa gedərək PKK-nın liderlərinə verdiyi ortaya çıxıb.

Onun Şimali İraqa FETÖ-nün “Şimali İraq nümayəndəsi” T. B. və “media üzrə məsul şəxsi” ilə getdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm