Rusiya siyasətçisi: “O, Jirinovski ilə Hitlerin qarışığıdır”
Bizi izləyin

Dünya

Rusiya siyasətçisi: “O, Jirinovski ilə Hitlerin qarışığıdır”

Tramp Ukraynanı verməyə hazırdır, amma...

"ABŞ prezidenti Donald Tramp Ukraynanı verməyə hazırdır, amma o, bunu elə-belə etməyəcək”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrinə “Sağ Qüvvələr İttifaqı” Ümumrusiya İctimai Hərəkatının prezidenti, Rusiya siyasətçisi Leonid Qozman deyib.

“Tramp Jirinovski ilə Hitlerin qarışığıdır. Düşünürəm, o tamamilə əxlaqsız insandır. Obama, Karter, hətta Buş və Klintonda hansısa əhəmiyyətli dəyərlər var idi, Trampda isə yoxdur. Əlbəttə, o, Ukraynanı verməyə hazırdır. Krım onun nəyinə lazımdır? Tramp Ukraynanı, Belarusu, Rusiya demokratik hərəkatını verməyə hazırdır. O, Baltikyanı ölkələri və Polşanı verə bilmir, çünki onlar, tanrıya şükür ki, NATO-ya daxil olmağa vaxt tapdılar. Tramp bunu elə-belə etməyəcək. Putinlə Tramp görüşəcəklər, bir-birinin gözlərinə baxacaqlar, qucaqlaşacaqlar və sonra?” – deyə Qozman bildirib.

Onun sözlərinə görə, hər şey necədirsə, elə də qalacaq:

“Rusiya xarici düşmənə ehtiyac duyur. Belə düşmən kimi Ukrayna əlverişli deyil. Amerika çox yaxşı düşməndir, çünki Birləşmiş Ştatlar qüdrətlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm