Ermənistan parlamentində DAVA: deputatlar bir-birini... - VİDEO
Bizi izləyin

Dünya

Ermənistan parlamentində DAVA: deputatlar bir-birini... - VİDEO

Deputatlar bir-birini...

Ermənistanda parlament seçkiləri yaxınlşaşdıqca siyasi dairələr arasında mübarizə qızışır.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, parlamentin dünən keçirilən iclasında dava olub.

“Yelk” blokunun üzvü Nikol Paşinyan bildirib ki, o, polisə sorğu göndərib və məlum olub ki, yanvarın 1-dən fevralın 1-nə qədər 7000-dən çox vətəndaş öz qeydiyyat yerini dəyişib.

Onun sözlərinə görə, işəgötürənlər öz işçilərini qeydiyyat yerini dəyişməyə məcbur edir və beləliklə, hakimiyyətin istədiyi seçki dairələrində qeydiyyata salırlar.

Hakim Respublika Partiyasının deputatı Xosrov Arutunyan isə müxalifəti tənqid edib və onları seçkiöncəsi rüşvət paylamaqda ittiham edib.

“Gedin Gümrüyə və soruşun ki, kim seçkiöncəsi rüşvət paylayıb, görəcəksiniz ki, bunu müxalifət edib”, - deyə o bildirib.

Bu sözlərə əsəbiləşən N.Paşinyan yerdən qışqıraraq cavab verib, beləliklə ara qarışıb, deputatlar bir-birini təhqir də edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm