“Putin iki-üç ilə bu ölkənin cəsədini görəcək” - ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

“Putin iki-üç ilə bu ölkənin cəsədini görəcək” - ŞOK PROQNOZ

"Tramp Rusiyaya “zombi-əhali” tərəfindən dağıdılmış bu ölkə ilə məşğul olmağı təklif edəcək",

“Rusiya prezidenti Vladimir Putin tezliklə öz düşməninin - Ukraynanın cəsədini görəcək”.

Publika.az politobzor.net saytına istinadən xəbər verir ki, bunu Ukrayna hüquqşünası Tatyana Montyan deyib.

Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə Ukrayna layihəsinə dəstəklə bağlı öz müvəffəqiyyətsizliyini etiraf edəcək və bununla biabır olacaq. Ukrayna hüquqşünası vurğulayıb ki, ABŞ-ın biabırçılığı və səhvi çox tezliklə bütün dünyaya aydın olacaq.

“İki-üç il sonra Putin öz düşməninin üzən cəsədini görəcək. Ona yalnız “Konfutsiya resepti” üzrə gözləmək qalır”, - o deyib.

Montyan əmindir ki, Donald Tramp Ukrayna yükünü üzərindən atmaq üçün Rusiyaya “zombi-əhali” tərəfindən dağıdılmış bu ölkə ilə məşğul olmağı təklif edəcək. Ukrayna hüquqşünası qeyd edib ki, bu, Vladimir Putinə lazım olmayacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm