Ərdoğanın məsləhətçisi: “Bu razılaşma əbədi deyil”
Bizi izləyin

Dünya

Ərdoğanın məsləhətçisi: “Bu razılaşma əbədi deyil”

"Biz bu insanları qəbul etməklə Avropa İttifaqına kömək etdik".

“Türkiyə qeyri-leqal miqrantları qəbul etməklə Avropa İtttifaqına kömək etdi. Amma bu razılaşma əbədi davam edə bilməz”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi İlnur Çevik deyib.

“Biz özümüz miqrantları saxlaya bilərik. Hərçənd Avropa İttifaqı miqrantların Türkiyədə saxlanılması üçün ən yaxşı şərtləri yaradacağına söz verdi. Biz bu insanları qəbul etməklə Avropa İttifaqına kömək etdik. Biz miqrantların Avropa İttifaqına girişinin qarşısını aldıq. Amma bu əbədi davam edə bilməz”, - deyə o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm