Putin: “Biz həmin gün gedəcəyik, əgər...”
Bizi izləyin

Dünya

Putin: “Biz həmin gün gedəcəyik, əgər...”

Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi bazasının Qırğızıstan çıxarılmasının şərtini açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi bazasının Qırğızıstan çıxarılmasının şərtini açıqlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Putinin sözlərinə görə, bunun üçün rəsmi Bişkekin tələbi olmalıdır.

“Bişkek Rusiyanın hərbi kontingentinə daha ehtiyac olmadığını desə, Rusiya Qırğızıstan ərazisindən hərbi bazanı çıxarmağa hazırdır. Qırğızıstan nə vaxtsa, öz silahlı qüvvələrini möhkəmləndirdiyini və Rusiya bazasına ehtiyacın olmadığını bildirsə, biz həmin gün gedəcəyik”, - Rusiya prezidenti qırğız həmkarı Almazbek Atambayevlə Bişkekdə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

O həmçinin qeyd edib ki, Rusiya Qırğızıstanda hərbi kontingenti yerləşdirməyə ehtiyac görmür:

“Bu, yalnız Qırğızıstanın özündə təhlükəsizliyin təmin olunması ilə bağlıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm