Suriyanı beş dəqiqə ərzində vurduq – Son dəqiqə
Bizi izləyin

Dünya

Suriyanı beş dəqiqə ərzində vurduq – Son dəqiqə

Ali Baş Qərargah: “Suriyadan top mərmisi gəldiyi üçün beş dəqiqə ərzində top atışı ilə qaşılıq verilib”.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxaliflərlə Əsəd ordusu arasında müharibə hələ də davam edir. Dünən yerli vaxtla saat 15:30-da Suriyanın Kəsəb bölgəsindən Türkiyə sərhəddindən 700 metr içəri Yayladağ kəndinə top mərmisi atılıb. Hadisə ilə əlaqədar heç bir itki yoxdur.

Ali Baş Qərargahın internet saytında yerləşdirilən xəbərə görə Türkiyə sərhədləri daxilinə top mərmisi düşdüyü üçün Suriya sərhədləri daxilində dəqiqləşdirilən hədəf beş dəqiqə ərzində aralıqsız top atəşinə tutulub.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm