Hədəf seçilən şəxslər edam ediləcək - YENİ ÇEVRİLİŞ PLANI
Bizi izləyin

Dünya

Hədəf seçilən şəxslər edam ediləcək - YENİ ÇEVRİLİŞ PLANI

20 ayrı nöqtəyə 100-200 əsgərlə ani basqın təşkil ediləcək.

“Ankara və İstanbulda 20 ayrı nöqtəyə 100-200 əsgərlə ani basqın təşkil ediləcək və hədəf seçilən şəxslər edam ediləcək”.

Publika.az xəbər verir ki, bu iddia ilə Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Melih Gökçek Tvitter səhifəsində çıxış edib.

Bələdiyyə başçısı Fəthullahçı Terror Təşkilatının (FETÖ) yeni bir çevriliş planı olduğunu ifadə edib.

“FETÖ FETÖ-çü zabitlərə, xüsusilə Ədalət və İnkişaf Partiyasına qarşı olan bəzi zabitlərlə əməkdaşlıq etməsi və yeni bir anlayışla “tanksız-topsuz bir edam çevrilişi”nin həyata keçirilməsi barədə təlimat verib. Plan bu şəkildə həyata keçiriləcəkmiş: hər kəs gecə yarısı yuxuda ikən Ankara və İstanbulda 20 ayrı nöqtəyə, digər vilayətlərdə 2-3 nöqtəyə 100-200 əsgərlə ani basqın təşkil ediləcək və hədəf seçilən şəxslər edam ediləcək. Türk ordusunun şərəfli zabitlərinə çağırış edirəm, qiyamçılar barədə xəbər verin ki, təmizlənmə daha tez olsun”, - deyə Melih Gökçek yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm