Tramp yeni immiqrasiya fərmanının imzalanmasını təxirə saldı - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Tramp yeni immiqrasiya fərmanının imzalanmasını təxirə saldı - YENİLƏNDİ

Telekanal bildirir ki, Tramp fərmanı bu həftə imzalaya bilər.

ABŞ prezidenti Donald Tramp yeni immiqrasiya fərmanının imzalanmasını təxirə salıb.

Bu haqda Ağ Ev administrasiyanın yüksəkvəzifəli nümayəndəsinə istinadən CNN telekanalı xəbər verib. Telekanalın məlumatına görə, Tramp Konqresdə onun çıxışına müsbət reaksiyadan sonra bu qərarı qəbul edib.

Telekanal bildirir ki, Tramp fərmanı bu həftə imzalaya bilər.

10:29

ABŞ prezidenti Donald Trampın immiqrasiya ilə bağlı yeni fərmanında İraq “qadağan edilmiş ölkələr” siyahısından çıxarılacaq.

Publika.az xəbər verir ki, bu haqda Ağ Evdəki mənbələrə istinadən "Associated Press" agentliyi bildirib.

Agentliyin məlumatına görə, qərar ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentinin təzyiqi altında qəbul edilib. Həmin qurumlar İŞİD terror qruplaşması ilə mübarizədə İraqın əsas rol oynamasına diqqət yetiriblər və Ağ Evdən bununla əlaqədar mövqeyinə yenidən baxmasını istəyiblər.

Beləliklə, altı ölkənin - İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətənsdaşları əvvəlki kimi Birləşmiş Ştatların ərazisinə girə bilməyəcəklər. Qadağalar 90 gün ərzində qüvvədə olacaq.

Trampın immiqrasiya haqqında yeni fərmanı bu gün imzalayacağı gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm