Ankara ABŞ-a qarşı əsas kartını işə saldı
Bizi izləyin

Dünya

Ankara ABŞ-a qarşı əsas kartını işə saldı

Rakka əməliyyatı ilə bağlı müzakirələr müəyyən bir mərhələyə gəlib.

Türkiyə və ABŞ əsgərləri arasında Rakka əməliyyatı ilə bağlı müzakirələr müəyyən bir mərhələyə gəlib.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Türkiyə əməliyyatda YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan RYD-nin silahlı gücü –red.) iştirak edəcəyi halda İncirlik kartını işə salacaq.

Nəşrin yazdığına görə, ABŞ Rakka əməliyyatına YPG-nin qatılmasına razılıq versə, İncirlik hərbi hava bazasından istifadə edə bilməyəcək. Bu vəziyyətdə isə ABŞ-ın döyüş təyyarələri bazadan qalxa bilməyəcək.

Türkiyə Rakka əməliyyatının yerli ərəb qüvvələri və Azad Suriya Ordusunun dəstəyi ilə həyata keçirilməsini istəyir. ABŞ, xüsusilə Müdafiə Nazirliyi (Pentaqon) əməliyyatda YPG güclərinin iştirakında israrını davam etdirir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm