Əsəd antik şəhəri ələ keçirdi
Bizi izləyin

Dünya

Əsəd antik şəhəri ələ keçirdi

Suriya ordusu Palmira şəhərinə hücuma 2017-ci il fevralın 6-da başlamışdı.

Rusiyanın Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Suriya qoşunları Palmira şəhərinin İŞİD terror qruplaşmasından alınması üzrə əməliyyatı başa çatdırıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu şəhərin alınması barədə prezident Vladimir Putinə məlumat verib.

Daha əvvəl Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib ki, hökumət qüvvələri eyni zamanda bir neçə tərəfdən Palmiranın tarixi hissəsinə giriblər. Ötən gecə saatlarında isə xəbərlər çıxdı ki, İŞİD döyüşçüləri Palmiranı tərk edirlər.

Suriya ordusu Palmira şəhərinə hücuma 2017-ci il fevralın 6-da başlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm