Ukraynada matəm elan olundu
Bizi izləyin

Dünya

Ukraynada matəm elan olundu

Partlayışın nəticələrinin aradan qaldırılması üzrə operativ qərargah yaradılıb.

Ukrayna prezidenti Pyotr Poroşenko Lvov vilayətində baş vermiş mədən qəzası ilə əlaqədar ölkədə matəm elan edib.

Publika.az xəbər verir ki, mədəndə metan qazının partlaması və uçqun nəticəsində 8 şaxtaçı həlak olub, 6 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 172 nəfər olub.

Ukrayna Azad Həmkarlar İttifaqları Konfederasiyası isə 11 şaxtaçının həlak olduğu barədə xəbər yayıb.

Partlayışın nəticələrinin aradan qaldırılması üzrə operativ qərargah yaradılıb. Son məlumata görə, dağıntılar altında qalan şaxtaçıların hamısı tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm