Dağ xizəkçiləri qar uçqununun altında qaldı - 4 ölü, 4 yaralı
Bizi izləyin

Dünya

Dağ xizəkçiləri qar uçqununun altında qaldı - 4 ölü, 4 yaralı

Onlar quraşdırılan yoldan kənarda xizək sürüblər.

İtaliyanın Alp dağları ərazisində qar uçqunu nəticəsində 4 nəfər ölüb, ən azı 4 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Hadisə Valle-d'Aosta vilayətinin Kurmayor kommunasında baş verib. Qar uçqunu altında ümumilikdə 20 nəfər əcnəbidən ibarət dağ xizəkçisi qalıb.

Məlumata görə, onlar quraşdırılan yoldan kənarda xizək sürüblər.

Hazırda bir neçə nəfər itkin düşmüş hesab olunur. Ərazidə axtarış-xilasetmə işləri aparılır. Hadisə yerinə polislər, həkimlər və iki vertolyot cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm