Avtobusla yük maşını toqquşdu – 10 ölü, 38 yaralı var
Bizi izləyin

Dünya

Avtobusla yük maşını toqquşdu – 10 ölü, 38 yaralı var

Yaralılar xəstəxanaya yerləşdirilib.

Çinin Yünnan əyalətinin Lancang şəhərində sərnişin avtobus ilə ağır yük avtomobili toqquşub.

Publika.az Çinin “Şinhua” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində avtobusda olan 47 nəfərdən 10-u ölüb, 38 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili-tibbi yardım xidməti əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm