• USD 1,7001 0,00% EUR 1,9983 0,00%
    • GBP 2,2653 0,00% RUB 0,0287 0,00%

Putinin “BÖYÜK QAYIDIŞ” PLANI: YENİ TAKTİKA

  • Dünya
  • 4 Mart 2017 14:09
  • 640 Baxış
Putinin “BÖYÜK QAYIDIŞ” PLANI: YENİ TAKTİKA

“İşğal edilmiş Dondasdakı müəssisələrin ətrafında ciddi vəziyyət yaranıb. Söhbət Kremlin Ukrayna ilə bağlı taktikasının dəyişikliyindən gedir”.

Publika.az xəbər verir ki, bunu Rusiya politoloqu və publisisti Andrey Piontkovskiy “Qordon” nəşrinə deyib.

Onun sözlərinə görə, proseslərin inkişafı Rusiyaya qaçmış Ukrayna prezidenti Viktor Yanukoviç və ya baş nazir Nikolay Azarovun real “qayıdış”ına gətirib çıxara bilər.

Eyni zamanda politoloq vurğulayır ki, Kremlin Ukrayna ilə bağlı strategiyası dəyişməyib: Ukraynanı məhv etmək, parçalamaq və Avropa vektorunun qarşısını almaq.

“Bu, birbaşa hərbi təcavüz və “Novorossiya”nın yaradılması planları ilə başlanırdı. Lakin, Ukrayna ordusunun müqavimətinə görə layihə uğursuz oldu. Kreml ümid edirdi ki, Ukraynanın rus sakinləri “rus dünyası” konsepsiyası ilə həvəslənəcəklər. Lakin bu baş vermədi. Kreml bundan sonra ölkə parlamenti və hökumət üzvlərindən istifadə edərək Ukraynanın siyasi meydanına soxulmağa qərar verdi. Rusiya nəhayət, bu planın da uğursuzluqla nəticələndiyini anladı və yeni taktikanı hazırladı. İlk addım rəsmi sənədlər kimi “DXR” və “LXR”in pasportlarının tanınmasıdır. İkinci addım, işğal edilmiş ərazinin Rusiya ilə iqtisadi bağlanmasıdır. Viktor Yanukoviçin siyasi cəsədi təsadüfən nümayiş etdirilməmişdi. Rusiya onu və ya Nikolay Azarovu Donbasa yerli hökumətin başçısı kimi nəql edə bilər. Bildirəcək ki, qanuni rəhbərlərin başçılıq etdiyi Ukrayna var və bütün qalan ərazidə çevriliş edilmişdir”, – politoloq hesab edir.

Onun sözlərinə görə, bu, Kremlin uzunmüddətli taktikasıdır: “Taktika “respublikalar”ın diplomatik tanınmasına və ya Rusiyanın tərkibinə qədər birləşdirilməsinə qədər inkişaf etdiriləcəkmi? Bilmirəm. Amma Rusiya prezidenti Vladimir Putin Qərbin reaksiyasını yoxlayacaq”.

Daha əvvəl yayılan xəbərə görə, ABŞ prezidenti Donald Trampın seçki qərargahının sabir rəhbəri və Viktor Yanukoviçin keçmiş məsləhətçisi Pol Manafort Donbas münaqişənin həlli planını hazırlayıb. Plan Yanukoviçin qayıdışını da nəzərdə tutur. Sözügedən iddianı isə “Azadlıq” radiosuna müsahibəsində Manafortun keçmiş müavini Konstantin Kilimnik səsləndirib.

Onun sözlərinə görə, “Mariupol planı” adlandırılan plan Yanukoviçin “regional lider” kimi Ukraynaya qayıdışını nəzərdə tutur. Plana görə, Yanukoviç Donetsk və Luqansk vilayətlərini idarə edəcək.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>