Odessada ruspərəst deputat həbs olundu - FOTO
Bizi izləyin

Dünya

Odessada ruspərəst deputat həbs olundu - FOTO

Odessa vilayət milisinə yeni rəhbərlik təyin olunandan həbslər davam edir.

Odessa vilayət milisinə yeni rəhbərlik təyin olunandan həbslər davam edir.


Odessada şəhər şurasının deputatı Sergey Bovbalan həbs edilib. Bovbalan 2014-cü il may ayının 2-də Odessanın küçələrində kütləvi iğtişaşlar təşkil etməkdə və iştirakda şübhəli bilinır.

Qeyd edək ki, 2 may hadisələrində vahid Ukrayna tərəfdarlarının Rusiya separatçıları ılə toqquşmalar zamanı 48 insan həlak olmuşdu.

Sergey Bovbalan Odessa şəhər sovetinin deputatıdır. İqor Markovun "Vətən" partiyasının fraksiyasına daxildir.

Sergey Bovbalanın həbs xəbərini Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib: “Sergey Bovbalan Odessada kütləvi qarışıqlıqların təşkilatında və inzibati binaya hücümda ittiham edilir", - deyə mətbuat xidməti bildirib.

Həmçinin deyilir ki, Bovbalan indiyə qədər istintaqdan gizlənib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm