ABŞ xarici ölkələrə maliyyə yardımını azaldacaq
Bizi izləyin

Dünya

ABŞ xarici ölkələrə maliyyə yardımını azaldacaq

Bu cür addımlar müdafiə xərclərini 54 mlrd. dollara çatdırmağa imkan verəcək.

Vaşinqton xarici ölkələrə maliyyə yardımının həcmini azaltmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin inzibati-büdcə idarəsinin direktoru Mik Malveni bildirib.

“ABŞ-ın prioritet kursu olduqca aydındır: xaricdə xərclənən pulların azaldılması burada xərclənəcək pulları çoxaldacaq”, - deyə o qeyd edib.

Malveninin sözlərinə görə, bu cür addımlar müdafiə xərclərini 54 mlrd. dollara çatdırmağa imkan verəcək.

Bundan əvvəl Tramp yeni büdcədə müdafiə xərclərinin 54 mlrd. dollaradək artırılmasını təklif edib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm