Dünya
Tramp: "Şvarzneqqer könüllü getməyib, qovulub!"
ABŞ prezidenti Donald Tramp kinoaktyor və Koliforniya ştatının sabiq qubernatoru Arnold Şvartseneqqerin məşhur "Məşhurların tələbəsi" (The Celebrity Apprentice) realiti-şousundan getməsini şərh edib.
Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, D.Tramp A.Şvartseneqqerin teleşounun aşağı reytinqi olması səbəbindən qovulduğunu bildirib.
ABŞ prezidenti deyib ki, A.Şvartseneqqerin teleşoudan getməsi ilə heç bir əlaqəsi yoxdur: "Arnold Şvartseneqqer "Məşhurların tələbəsi" şousunu könüllü tərk etməyib, onu mənə görə yox, şounun reytinqinin aşağı olması səbəbindən qovublar. Əla bir şou təəssüf ki, belə başa çatıb".
Qeyd edək ki, bundan əvvəl A.Şvartseneqqer artıq "Məşhurların tələbəsi" şousunun aparıcısı olmağı arzulamadığını, çünki tamaşaçıların artıq şouya baxmaq istəmədiyini bəyan edib. A.Şvartseneqqer qeyd edib ki, bundan əvvəl şounun aparıcısı D.Tramp olub, ona görə də şouya yaxşı münasibət formalaşmayıb. Aktyor şounun reytinqinin hazırda aşağı olmasını da bununla əlaqələndirib.
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama