• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Yaponiyada HƏYƏCAN SİQNALI: Milli Təhlükəsizlik Şurasında TƏCİLİ İCLAS

  • Dünya
  • 6 Mart 2017 08:00
  • 722 Baxış
Yaponiyada HƏYƏCAN SİQNALI: Milli Təhlükəsizlik Şurasında TƏCİLİ İCLAS

Yaponiyanın baş naziri Sindzo Abe Şimali Koreyanın həyata keçirdiyi raket sınaqları ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

APA-nın xəbərinə görə, bu barədə S.Abe “NHK” telekanalının canlı yayımında deyib.

“Biz Şimali Koreyaya artıq qəti etirazımızı bildirmişik. Həmçinin ABŞ və Cənubi Koreya ilə birgə Pxenyanın hərəkətlərinə cavab verməyə hazırıq”, deyə S.Abe bildirib.

Bu gün Şimali Koreya hərbçiləri Yapon dənizinə raket buraxıb. Cənubi Koreyanın Müdafiə nazirliyindən bildiriblər ki, tipi məlum olmayan raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılıb. Bundan sonra Yaponiya nazirlər kabinetinin baş katibi Esihide Suqa dörd raketin Yapon dənizinə buraxıldığını, onların bilavasitə Yaponiyanın iqtisadi zonasına düşdüyünü bəyan edib. Pxenyanın qitələrarası ballistik raketi sınaqdan keçirdiyi ehtimal olunur.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>