Prezidentin xanımı aksiyaya qoşuldu: "Qızlarımızı qaytarın!" - Foto
Bizi izləyin

Dünya

Prezidentin xanımı aksiyaya qoşuldu: "Qızlarımızı qaytarın!" - Foto

Prezidentin xanımı aksiyaya qoşuldu: "Qızlarımızı qaytarın!" - Foto

Nigeriyada "Əl-Qaidə" terror təşkilatının "Boko Haram" qruplaşması tərəfindən 200-dən çox məktəbli qızın qaçırılması ilə bağlı keçirilən kampaniyada bir çox məşhurlar yer alıb.

Nigeriyada yataqxanalardan birindən qaçırılan qızların geri qaytarılması üçün keçirilən "Qızlarımızı geri qaytarın" kampaniyasına ABŞ prezidentinin xanımı Mişel Obama da qoşulub.

Ötən ay qaçırılan qızların azad olunması üçün kütləvi kampaniya başladılıb. Dünyanın bir çox ölkələrindən nüfuzlu şəxslər qızlara dəstək olduqlarını qeyd edirlər.

Nigeriyalı vəkil İbrahim Abdullahinin ilk dəfə aprelin 23-də "Twitter" hesabında "Qızlarımızı geri qaytarın" haşteqli mesajı sürətlə yayılaraq bir şüara çevrilib.

"Twitter" vasitəsilə həyata keçirilən #BringBackOurGirls (Qızlarımızı geri qaytarın) kampaniyasına dəstək olanlar arasında ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ilə yanaşı, Pakistanlı qadın hüquqları müdafiəçisi Malalan Yusufzay, Ancelina Coli, Hilari Klinton və Emi Poehler kimi tanınmış adlar var.

Xatırladaq ki, aprelin 14-ü "Boko-Haram" terror qruplaşmasının üzvləri Nigeriyada yataqxanalardan birində 200-dən çox qızı qaçırmışdılar. Onlar qızları silah gücü ilə yük maşınlarına dolduraraq, naməlum istiqamətdə aparıblar (Anspress).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm