Mədəsindən 5 kq qəpik çıxdı - ŞOK
Bizi izləyin

Dünya

Mədəsindən 5 kq qəpik çıxdı - ŞOK

Həmin pullar cərrahiyə əməliyyat yolu ilə çıxarılıb.

Tailand zooparkında baytarlar nəhəng dəniz tısbağasının mədəsindən 5 kiloqram qəpik pul çıxarıblar.

Trend-in məlumatına görə, qəpiklər müxtəlif dövlətlərin pul nişanları olub.

Həmin pullar cərrahiyə əməliyyat yolu ilə çıxarılıb. Hazırda tısbağanın sağlamlığında heç bir problemin olmadığı barədə məlumat verilib.

Məlum olub ki, tısbağa uzun illər turistlərin hovuza atdığı qəpikləri udurmuş.

Turistlər arasında mövcud olan inanca görə, hovuza qəpik atmaq bu ölkəyə bir daha qayıtmağa səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm