Ukraynanın qazı kəsilə bilər
Bizi izləyin

Dünya

Ukraynanın qazı kəsilə bilər

Ukraynanın qazı kəsilə bilər

Rusiya Ukraynaya qaz nəqlini dayandırması ehtimalını istisna etmir. ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın Avropa Birliyindəki nümayəndəliyinin rəsmisi Vladimir Çijov bəyan edib. "Ukraynada baş verən hadisələri nəzərə almaqla deyə bilərəm ki, əgər 3,5 milyard dollar həcmində qaz borcu məsələsi vaxtında tənzimlənməsə, Ukraynaya qazın nəqlinin dayandırılması istisna edilmir", - deyə Rusiya rəsmisi belə deyib.

Moskva Ukraynanın 2009-cu il razılaşmasına əsasən aldığı qaza görə borcunu ödəməsi üçün qoyulan müddətin mayın 7-də başa çatdığını, lakin bu ilin martından "Naftoqaz Ukraina"dan "Qazprom"a heç bir ödənişin həyata keçirilmədiyini iddia edir.

Ukraynanın energetika naziri Yuri Prodan isə ölkəsinin Rusiyadan aldığı qaza görə razılaşmada göstəriləndən daha yüksək məbləğ ödəməyəcəyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm