Rusiyanın yüksək rütbəli sabiq hərbçisi həbs edildi
Bizi izləyin

Dünya

Rusiyanın yüksək rütbəli sabiq hərbçisi həbs edildi

İki ay həbsdə qalacaq.

Rusiya Daxili Qoşunlarının baş komandanının sabiq müavini Vyaçeslav Varçuk saxlanılıb.

Publika.az xəbər verir ki, o, rüşvət almaqda şübhəli bilinir.

Moskva Qarnizon Hərbi Məhkəməsinin qərarına görə, V. Varçuk iki ay həbsdə qalacaq.

Qeyd edək ki, bir müddət öncə bu işlə əlaqədar Aleksandr Kostin həbs edilib. Ona qarşı iri məbləğdə rüşvət almaq maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, 2015-2016-cı illərdə A. Kostin Daxili Qoşunlar Baş Komandanlığının rabitə idarəsinə əlavə vəsaitlərin ayrılmasına dair göstərdiyi yardım müqabilində 10 milyon rubl məbləğində rüşvət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm