Çavuşoğlunun Hamburqda keçirilməli olan tədbiri təxirə salındı
Bizi izləyin

Dünya

Çavuşoğlunun Hamburqda keçirilməli olan tədbiri təxirə salındı

Təhlükəsizlik təmin edilməyib.

Almaniyanın Hamburq şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilməli olan tədbir təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi "Die Welt" nəşri yazıb.

Məlumata görə, çərşənbə axşamı Vilhelmsburq rayonunda keçirilməli olan tədbir Hamburq-Mitte inzibati dairəsinin rəhbərliyi tərəfindən ləğv olunub. Dairə idarəsinin rəhbəri Falko Drosman "Welt"ə bildirib ki, qərar yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilməsinin mümkünsüzlüyü ilə əlaqədar qəbul olunub.

Çavuşoğlunun Türkiyə konstitusiyasına düzəlişlərin edilməsini təşviq etmək niyyətində olduğu tədbir çərşənbə axşamı 21:00-da başlamalı və üç saat davam etməli idi.

Almaniyanın demək olar ki, bütün partiyalarının siyasətçiləri Türkiyənin XİN rəhbərinin çıxış etmək planını tənqid ediblər. Yerli hakimiyyət orqanına Hamburqda ən azı iki aksiyanın keçirilməsinə dair ərizə daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm