İran havaya iki ballistik raket buraxdı
Bizi izləyin

Dünya

İran havaya iki ballistik raket buraxdı

Raketlər 300 km. məsafədə olan hədəfi məhv etmək iqtidarındadır.

Amerikanın rəsmi şəxslərinin iddiasına görə, İran 4-5 mart tarixlərində SEPAH-ın (İran İnqilabı Keşikçiləri Korpusu) ölkənin cənub-şərqində yerləşən bazasından yaxın mənzilli iki "Fateh-110" ballistik raketini sınaqdan çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Raketlərdən biri martın 4-də, digəri isə ayın 5-də sınanıb. Onlardan biri hədəfi düzgün nişan alıb, digəri onun yaxınlığına düşüb.

"Raketin hərəkət radiusu və onlardan birinin işə yaraması narahatlıq doğurur", - deyə telekanal rəsmi şəxslərdən birinin sözlərini sitat gətirib.

Həmçinin qeyd olunur ki, raketlər yeni fəal izləmə qurğusu ilə təchiz edilib ki, bu da suda olan hədəfin tuşlanmasının yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Raketlər 300 km. məsafədə olan hədəfi məhv etmək iqtidarındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm