İşğal edilmiş ərazilər... - Müharibə daha 2 il DAVAM EDƏCƏK
Bizi izləyin

Dünya

İşğal edilmiş ərazilər... - Müharibə daha 2 il DAVAM EDƏCƏK

"Divarı yıxdılar və sərhədi götürdülər. Göstərməyə başladılar ki, normal yaşamaq olar”.

“Donbasda müharibə daha 1,5-2 il davam edəcək”.

Publika.az xəbər verir ki, bu haqda Online.ua saytına müsahibəsində Ukrayna prezidentinin məsləhətçisi Yuri Biryukov deyib.

“Mən heç bir informasiya malik deyiləm. Mənim hisslərimə görə, müharibə daha 1,5-2 il davam edəcək”, - deyə Biryukov bildirib.

Onun fikrincə, işğal edilmiş ərazilərin Ukrayna tərkibinə reinteqrasiyası problemsiz keçə bilər. O, nümunə olaraq Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsini göstərib:

“Almaniya indiyə qədər hansı problemləri hiss edir? Problem yoxdur. Divarı yıxdılar və sərhədi götürdülər. Göstərməyə başladılar ki, normal yaşamaq olar”.

Biryukovun fikrincə, işğal edilmiş ərazilərin reinteqrasiyası prosesində Ukraynanı gözləyəcək tək problem maliyyə çatışmazlığı ola bilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm