• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Çexiya ordunu genişləndirir

  • Dünya
  • 7 Mart 2017 20:24
  • 295 Baxış
Çexiya ordunu genişləndirir

Çexiya Respublikasının Dövlət Təhlükəsizliyi Şurası (BRS) ölkənin Müdafiə Strategiyasına hərbi qulluqçuların sayının 5 min nəfər artırılmasını nəzərdə tutan düzəlişi təsdiq edib. Sənəddə göstərilir ki, Çexiya ordusu NATO ölkələri ərazisinin hüdudlarından kənarda problemlərin həlli üçün gələcəkdə müttəfiqlərə konkret strateji istiqaməti olan yeni briqadalar təklif edə bilər.

İndiyə qədər Çexiya qanunvericiliyi yalnız Şimali Atlantika Alyansının kollektiv müdafiəsinin təmin edilməsi üçün briqadalar göndərməyə yol verirdi. Düzəliş yaxın vaxtlarda baxılması üçün Çexiya hökumətinə təqdim ediləcək.

Çexiyanın müdafiə naziri Martin Stropnitski “ČTK” agentliyinə deyib: “Biz dünyada vəziyyətin inkişafına təkcə müdafiə üzrə qanunvericiliyin dəyişdirilməsi, ordumuzun modernləşdirilməsi və gücləndirilməsi ilə deyil, həm də əsas strateji sənədlərə düzəlişlər etməklə münasibət bildiririk”. (Azərtac)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>