97 yaşlı əkizlər eyni gündə öldülər
Bizi izləyin

Dünya

97 yaşlı əkizlər eyni gündə öldülər

Onları səhər qonşuları aşkar edib.

ABŞ-da 97 yaşlı əkizlər eyni gündə faciəvi şəkildə ölüblər.

Publika.az xəbər verir ki, 97 yaşlı əkiz bacılar Ceyn Heyli və Marta Uilyams Rod-Aylend ştatında onlardan bir qədər aralıda yaşayan üçüncü bacıları ilə şam yeməyinə gediblər. Şam yeməyindən sonra qadın onlardan Heylinin evi qarşısında vidalaşaraq ayrılıb.

Polisin məlumatına görə, Marta öz avtomobilinə tərəf gedərkən yıxılıb, Heyli ona yardım etmək istəyərkən büdrəyib. Hər iki yaşlı qadın küçədə soyuq havada yerdə yıxılmış vəziyyətdə qalıblar. Onları səhər qonşuları aşkar edib. (oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm