• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

İŞİD-in “canlı bomba” oyunundan zərər çəkən ÖLKƏLƏR

  • Dünya
  • 7 Mart 2017 23:09
  • 337 Baxış
İŞİD-in “canlı bomba” oyunundan zərər çəkən ÖLKƏLƏR

Terrorçu İŞİD qruplaşmasınında partlayış törətmiş terrorçu-kamikadzelər siyahısına Tacikistandan olanlar başçılıq edir.

“Report” xəbər verir ki, bu barədə baş ofisi Niderlandda yerləşən Beynəlxalq Terrorçuğula qarşı Mübarizə Mərkəzinin hesabatında bildirilib.

Belə ki, 2015-ci ilin dekabrından 2016-cı il noyabrın 30-dək Suriya və İraqda törədilən terror hadisəsində Tacikistanın 27 vətəndaşı özünü partladıb.

Səudiyyə Ərəbistanının 17, Mərakeşin 17, Tunisin 14, Rusiyanın 13, Misirin, 11, Fələstinin 9, Çinin 7, İranın 7, Özbəkistanın 4, Türkiyənin 4, Qazaxıstan və Əfaqnıstanın isə hər birinin iki vətəndaşı özünü partladaraq terror törədib.

Hesabata görə, İŞİD qruplaşmasının üzvü olan terrorçu-kamikadzelər hadisələrin 70 faizini avtomobillə əhalinin sıx olduğu yerdə törədiblər. Onların hücumlarının 84 faizi hərbçilərə, 16 faizi isə mülki sakinlərə qarşı olub.

Tacikistan hüquq-mühafizə orqanlarının məlumatına əsasən, son illər Suriya və İraqdakı döyüşlərdə iştirak etmək üçün ölkənin min yüz vətəndaşı gedib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>