Türkiyəli nazir Almaniyada almanlara meydan oxudu
Bizi izləyin

Dünya

Türkiyəli nazir Almaniyada almanlara meydan oxudu

"Avropanın bizdən öyrənəcəyi hələ çox şeylər var".

"Almaniyada yaşayan soydaşlarımızla görüşmək üçün nəzərdə tutulan zalı üzümüzə bağladınız. Bunun bir adı var: dövlət səviyyəsində maneə. Bu, iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun deyil. Lütfən, bizə demokratiya dərsi deməyə qalmayın. Avropanın bizdən öyrənəcəyi hələ çox şeylər var".

Teleqraf.com xəbər verir ki, bu sözləri Mövlud Çavuşoğlu Almaniyanın Hamburq şəhərində çıxışı zamanı deyib.

Nazir çıxışı zamanı prezident Rəcəb Tayyib Ərdoğanın və MHP lideri Dövlət Baxçalının salamını türklərə çatdırıb.

"Açıq və soyuq havada sizinlə görüşmək məcburiyyətində qaldıq. Bunun məsuliyyətini Almaniya hökuməti daşıyır", deyə Çavuşoğlu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm