ABŞ Amerika yəhudilərinə qarşı yönələn təhdidləri pisləyir
Bizi izləyin

Dünya

ABŞ Amerika yəhudilərinə qarşı yönələn təhdidləri pisləyir

Təhdid alan təşkilatların sayı yüzü keçib.

Ağ Ev çərşənbə axşamı ABŞ-da yaşayan yəhudilərin ünvanına yönələn təhdidləri pisləyib.

"Report" xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Şon Spayser jurnalistlərə deyib.

"Biz yeni anti-semit təhdid və nifrət dalğasını ən qəti şəkildə pisləyirik", - deyə Şon Spayser bildirib.

Bundan əvvəl daxil olan təhlükə səbəbi ilə Nyu-York, Viskonsin və Florida ştatlarında yerləşən yəhudi mərkəzləri təxliyə edilib. Ötən həftə üç yəhudi qəbiristanlığı təhqir edilib. Təhdid alan təşkilatların sayı yüzü keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm