ÇL, 1/8 final: “Barselona” tarixi alt-üst edə biləcəkmi?
Bizi izləyin

Dünya

ÇL, 1/8 final: “Barselona” tarixi alt-üst edə biləcəkmi?

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.

Publika.az xəbər verir ki, “Barselona” PSJ-ni və Dortmund “Borussiya”sı isə “Benfika”nı qəbul edəcək.

“Barselona” PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb və son 2 görüşdəki rəqiblərini 5 top fərqi ilə üstələyib. Luis Enrikenin komandasının bu göstəricini fransızlarla cavab qarşılaşmasında da təkrarlayıb-təkrarlamayacağı maraqla gözlənilir. Təbii ki, PSJ “Selta” və ya “Sportinq Xixon” deyil. Son 3 görüşdə qələbələri sıralayan Paris təmsilçisi Liqa-1-də 28 turdan sonra 62 xal toplayıb və lider “Monako”dan 3 xal geri qalır. Bununla belə, Lionel Messi, Luis Suares və Neymar kimi hücum “üçlüy”ü olan komandadan hər şey gözləmək olar. Hərçənd avrokubok tarixində ilk oyunda 1:5 hesabıyla məğlub olan komanda heç vaxt mərhələ adlamayıb.

Günün digər görüşündə “Borussiya” “Benfika”dan ilk matçdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Dortmundlular Bundesliqada “Volfsburq” (3:0) və “Frayburq”un (3:0) ardınca “Bayer” üzərində də asan qələbə qazanıb – 6:2. Tomas Tuxelin komandası uğurlu seriyanı “Benfika” ilə görüşdə də davam etdirmək niyyətindədir. “Qartallar” isə Portuqaliya çempionatının 24-cü turunda “Feyrense”ni çətinliklə məğlub edib (1:0). Portuqaliya Premyer Liqasında 24 turdan sonra 60 xal toplayan “Benfika” hazırda turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi olan “Porto”nu 1 xal qabaqlayır.

Çempionlar Liqası. 1/8 final, cavab oyunları

8 mart

23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

İlk oyun: 0:4

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

İlk oyun: 0:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm