Dünya
Çavuşoğlu Almaniyaya yerini göstərdi
"Almaniya hökuməti Türkiyənin daxili işlərinə qarışmamalı, tərəf tutmamalıdır".
Apa-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün almaniyalı həmkarı Sigmar Gabriel ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M.Çavuşoğlu deyib ki, hazırda gözlənilən referendumla bağlı Türkiyədə həssas dövrdür: “Belə bir həssas dövrdə Almaniyada referendum əleyhdarlarına aksiyalar keçirmək üçün icazə verilir, ancaq Türkiyə hökumətinin üzvlərinə referendumla bağlı görüşlər üçün icazə verilmir. Bu, yolverilməzdir. Türkiyə olaraq heç vaxt Almaniyada siyasi proseslərdə tərəf tutmadıq, çünki bu, Almaniyanın daxili işidir. Almaniya da Türkiyənin daxili işlərinə qarışmamalıdır”.
M.Çavuşoğlu qeyd edib ki, Almaniyada siyasətçilərin, medianın Türkiyəyə qarşı sərt münasibət bəslədiyi, hətta islamafobiya həddinə gəldiyi müşahidə olunur: “Bu yolverilməzdir. Türkiyədə insan hüquqları və digər məsələlərlə bağlı Almaniya mövqeyini səsləndirir, bu, Türkiyənin daxili işlərinə qarışmaq sayılmır. Amma Türkiyə rəsmiləri Almaniyada demokratiya ilə bağlı fikirlər səsləndirəndə, bu, Almaniyanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Bu yanaşma düzgün deyil”.
Türkiyədə həbs edilən türk əsilli almaniyalı jurnalist Dəniz Yucelin nə vaxt azadlığa buraxılacağı ilə bağlı sualın ona ünvanlanmasını yanlış sayan M. Çavuşoğlu. D. Yucelin jurnalist fəaliyyətinə görə deyil, konkret əməlinə görə həbs edildiyini söyləyib. Türkiyə xarici işlər nazirliyi D. Yucellə bağlı son qərarın məhkəmə tərəfindən veriləcəyini vurğulayıb.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ