Bill Qeyts dünyanın ən böyük probleminin nə olduğunu açıqladı – MÜSAHİBƏ
Bizi izləyin

Dünya

Bill Qeyts dünyanın ən böyük probleminin nə olduğunu açıqladı – MÜSAHİBƏ

“Stiv Cobs sizin, yoxsa siz onun ideyanısı oğurladınız?”

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırıb.

Publika.az xəbərinə görə, məşhur milyarder bir-birindən kəskin suallara səmimi cavablar verib. Bil Qeyts hətta hər kəsin marağına səbəb olan “Stiv Cobs sizin, yoxsa siz onun ideyanısı oğurladınız?” sualını da cavabsız qoymayıb.

- Heç istərdinizmi ki, xaricdə sizi heç kim tanımasın?

- Bəzən şapka geyinərək çölə çıxıram. Oğlumun məktəb tədbirlərində iştirak edir, fikrimi yalnız onun üzərində cəmləndirmək istəyirəm. Yenə də insanlar məni tanıyır. Bu, super bir haldır. Mənimlə yaxşı davranırlar.

- 19 yaşlı Bill Qeytsə nə məsləhət görərdiniz?

- Çox sosial gənc deyildim. Ona yalnızca öz zəkanın gücünə inanmamağı söyləmək istərdim.

- Ən böyük uğurunuz nədir?

- Proqramımı bütün dünyanın istifadə etdiyi bir lazımlı məhsul halına gətirməyim. Ancaq indi daha böyük işin üzərində çalışıram.

- Nə ilə bağlıdır?

- Uşaq iflicini dünyadan silib atmaq.

- Sosial medianın və internetin ABŞ-da insanları olaraq iki cəbhəyə bölünməsində rol oynadığına inanırsınızmı?

- Çox maraqlı sualdır. Hər hansı bir məlumatın dərc olunmasının və tapılmasının sadələşdirilməsi demokratiyanın və siyasi mübahisələrin keyfiyyətini artıracağına əminəm. Ancaq insanlara zorla fikirlərini qəbul etdirməyə çalışmaq qəribədir. Bu, çıxış yolu deyil. Bunun qarşısını almaq üçün hər kəsin təklifinə açıq olmaq lazımdır.

- Ömrünüzün qalan hissəsində nə cür texnoloji proseslərin baş verəcəyini gözləyirsiniz?

- Ən böyük inkişaf kompüterlərin insanlar kimi məlumatları oxuyub başa düşməsi olacaq. Bu sahədə işlər davam edir. Hazırda kompüterlər informasiyanın necə qəbul ediləcəyini bilmir. Həmçinin səhiyyə sahəsində HİV və malyariyanın çarəsi olacaq peyvəndlərə ehtiyacımız var. 10-15 il ərzində bu prosesləri yaşayacağıq, buna çox inanıram.

- Dünyada yalnız bir növ sendviç saxlamaq lazım olsaydı, siz hansını seçərdiniz.?

- Çizburger, çizburger, çizburger!

- Növbəti 15 il ərzində özünü harada görürsən?

- 15 ildən sonra76 yaşında olacağam. Baba olmağı ümid edirəm. Kasıb ölkələrdəki bəzi xəstəlikləri və sağlamlıq problemlərini həll etməyi arzulayıram. Xüsusilə də 5 yaşından aşağı olan uşaqlar arasında ölüm hallarının dünya miqyasında 5 faizdən 2,5 faizə endirməyi qarşıma məqsəd qoymuşam.

- Harada istirahət etməyi xoşlayırsınız?

- Xüsusilə Avstraliyada. Burada qış olanda, orada yaz olur. Dekabr və yanvar aylarını orada keçirmək gözəl olur. Keçən il Şükran Günündə orada idim. Gözəl yerləri çox gəzmişəm. Bir də Braziliyadakı Amazon meşələrini gəzməyi tövsiyə edirəm.

- Stiv Cobs sizin, yoxsa siz onun ideyasını oğurlamısınız?

- Həm mənim üçün, həm də Stiv üçün oğurluq nisbi anlayışdır. İkimiz də “Xerox”un (kseroks) çalışmasından istifadə etmişik və ondan bəhrələnmişik. Mən Çarlz Simonu, Stiv isə Bob Belvilleni işə götürdü. Ancaq ikimiz də müəlliflik hüququnu pozmamışıq. “Xerox” sayəsində öz “Mac” və “Windows”-a gedən yol açıldı.

- Yenə də ofis stollarının üstündən tullanırsınız?

- Xeyr, idmanla məşğul oluram. Məşq edir və xizək sürürəm. Sevdiyim əsas idman növüm isə tennisdir. Onlar da bunlar tullanmağı tələb etmir.

- Elon Muskla iş görmək istəsəniz, nə edərdiniz?

- Təmiz, etibarlı və ucuz enerji ehtiyacımız var. Günəş hər zaman parlamayacaq, külək hər zaman əsməyəcək. Bu barədə yeni ixtiralara ehtiyacımız var. Möcüzə batareyalar, təhlükəsiz nüvə enerji və ya günəş enerjisini birbaşa yanacağa çevirən icadlar üzərində çalışa bilərik.

- Xeyriyyəçilikdən söz düşəndə qoyduğunuz müəyyən pul miqdarı var?

- Xeyriyyəçilik bütün iqtisadiyyatın çox kiçik bir hissəsidir. Bu səbəbdən də səhiyyə və təhsil kimi mövzularda hər şeyi bir adamın düzəltməsi mümkün deyil. Hökumət və özəl sektorların bu məsələnin həlli istiqamətindəki rolu daha böyükdür. Onlar daha çox xeyirxah olmalıdır. Məktəblərin və yeni dərman tədqiqatlarının maliyyələşdirilməsi lazımdır. Daha çox pulumuz olsa, daha yaxşı xeyriyyə işləri görə bilərik. Ən iri fondlardan biri olmamıza baxmayaraq, ehtiyatlarımız yenə də məhduddur.

- Dünyanın ən böyük problemi nədir?

- Açar problem təhsildir. Əgər bunu aradan qaldırsanız, bir çox şeyi də həll edərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm