8 mart OĞURLUĞU: Bütün qızılgülləri apardılar
Bizi izləyin

Dünya

8 mart OĞURLUĞU: Bütün qızılgülləri apardılar

Mağazaya dəymiş zərər 1.6 min avro dəyərində qiymətləndirilir.

Latviyanın paytaxtı Riqa şəhərinə maraqlı oğurluq hadisəsi baş verib.

Trend xarici KİV-lərə istinadən məlumat verir ki, martın 8-ə keçən gecə Riqada yerləşən gül mağazalarının birindən xüsusi olaraq 8 mart üçün gətirilən bütün qızılgüllər oğurlanıb.

Oğrular mağazada olan digər güllərə toxunmayıb, yalnız roza güllərini son ədədinə qədər aparıblar. Məlumata görə, mağazaya dəymiş zərər 1.6 min avro dəyərində qiymətləndirilir.

Oğurluq hadisəsi ilə bağlı cinayət işi qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm