İnsan sümükləri ilə dolu 8 kisə tapıldı
Bizi izləyin

Dünya

İnsan sümükləri ilə dolu 8 kisə tapıldı

Meksikalıların 74 faizindən çoxu özlərini təhlükəsiz hiss etmir.

Meksikanın şimalında, Nuevo-Leon ştatının Eskobedo bələdiyyəsi ərazisində insan sümükləri ilə dolu daha səkkiz kisə tapılıb.

Hakimiyyət orqanlarının nümayəndələri bildiriblər ki, yük avtomobilindən atılmış torbalar səkidə saxlanılıb.

Kriminalist ekspertlər meyitlərin aşkarlanması işinə başlayıblar. Onlar sümüklərin neçə nəfərə məxsus olduğunu müəyyən edəcəklər.

Qeyd edək ki, həftənin əvvəllərində Herrero ştatında iki gün ərzində doqquz nəfərin meyiti 19 plastik paketdə aşkarlanıb.

Statistika və Coğrafiya Milli İnstitutunun apardığı sonuncu rəy sorğusunun nəticələrinə əsasən, meksikalıların 74 faizindən çoxu özlərini təhlükəsiz hiss etmir. Bu, son illər ən yüksək göstəricidir.

Qeyd edək ki, Vilyaermos (Tabasko ştatı) və Çilpansinqo (Herrero ştatı), habelə Ekatepek (Mexiko ştatı) ölkənin ən təhlükəli şəhərləri hesab edilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm