Kürdlər bu gün muxtariyyət elan edir
Bizi izləyin

Dünya

Kürdlər bu gün muxtariyyət elan edir

Suriyanın şimalındakı kürdlər bu gün təşkil edilən böyük bir mitinqlə paytaxtı Kamışlı olan muxtar dövlət elan edəcək

Suriyanın şimalındakı kürdlər bu gün təşkil edilən mitinqdə paytaxtı Kamışlı olan muxtar dövlət elan edəcək.

7-8 yanvar 2014-cü ildə Suriyanın Amude şəhərində toplanan Qanunvericilik Məclisi “İctimai Konvensiya” adı altında konstitusiya hazırlamışdı. Bu konstitusiya görə, kürdlərin sıx yaşadığı Cizir, Kobani və Efrin bölgələri 3 ayrı kantona ayırmış və PYD-ni də rəsmi ordu elan etmişdi.

Bu tarixlərdən sonra müxtəlif yığıncaqlar keçirən məclis Cizir Kantonu üçün qəbul etdiyi qərar çərçivəsində müvəqqəti hökumətin qurulmasıyla bu gün demokratik muxtariyyət elan edəcək.

Keçid hökumətində cəmi 20 nazirliyin iştirak edəcəyi və paytaxtın Kamışlı olacağı bildirilib. Həmçinin müvəqqəti hökumətin, xalqın iqtisadi, mədəni ehtiyaclarının qarşılanması üçün işlər görəcəyi və 4 ay sonra keçiriləcək seçkilər üçün lazımlı hazırlıqlara başlayacağı bildirilib.

Cizirdən sonra digər iki kantonun da eyni yolu gedərək demokratik muxtariyyətlərini elan edəcəkləri və müvəqqəti hökuməti quracaqları ifadə edilir.

Həmçinin PYD-nin Cenevrə 2 konfransından əvvəl belə bir qərar alması siyasi manevr olaraq qiymətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm