Putin 10 generalı işdən çıxardı
Bizi izləyin

Dünya

Putin 10 generalı işdən çıxardı

Generalların vəzifələrindən azad edilməsinin səbəbləri haqqında heç nə bildirilmir.

Rusiya prezidenti Vladimir Putin on yüksək vəzifəli təhlükəsizlik işçisisini vəzifədən azad edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, prezidentin fərmanı rəsmi portalda yerləşdirilib.

İşindən azad edilənlər Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və Cəzaların İcrası üzrə Federal Xidmətində çalışan generallardır. Generalların vəzifələrindən azad edilməsinin səbəbləri haqqında heç nə bildirilmir.

Vladimir Putin Daxili İşlər Nazirliyinin bu gün keçirilən kollegiya iclasında Rusiyada törədilən cinayətlərin təxminən yarısının üstünün açılmadığını deyib.

“Daxili İşlər Nazirliyi ictimai sahədə həssas cinayətlərin, o cümlədən korrupsiyaya qarşı mübarizə, vətəndaşların mülkiyyətinin və ticarətinin cinayətkarlardan qorunması kimi məsələlərdə potensialından istifadə etmir” - dövlət başçısı vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm