İstanbul üçün DƏHŞƏTLİ PROQNOZ: 22 il qaldı
Bizi izləyin

Dünya

İstanbul üçün DƏHŞƏTLİ PROQNOZ: 22 il qaldı

Güclü zəlzələnin tarixi açıqlandı.

İstanbul Texniki Universitetinin Geofizik Mühəndisliyi fakültəsinin professoru Övgün Əhməd Ercan Mərmərədə gözlənilən güclü zəlzələnin tarixini açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, alimin sözlərinə görə, zəlzələ 2039-2040-cı illərdə baş verəcək.

Daha əvvəl isə ətraf mühit və şəhərçilik naziri Mehmet Özhaseki Mərmərədə 2030-cu ilə kimi 7,2 bal gücündə zəlzələnin gözlənildiyini deyib.

İki min illik zəlzələləri araşdıran Övgün Əhməd Ercan bildirib ki, Mərmərədə son 2 min ildə 6,6-7,2 bal gücündə zəlzələnin baş vermə ehtimalı 24 faiz olub. Bu gücdə zəlzələlər hər 104 ildən bir baş verir. Son olaraq 6,7 bal gücündə zəlzələ 1934-cü ildə baş verib. Sözügedən intervalı nəzərə alan professor növbəti belə zəlzələnin 2039-2040-cı illərdə baş verəcəyini proqnozlaşdırır.

Mərmərədə 7,2 baldan daha güclü zəlzələnin baş vermə ehtimalının 5 faiz olduğunu deyən professor qeyd edib ki, bu gücdə zəlzələ 570 ildən bir təkrarlanır. 1999-cu ildə baş verən Gölcük zəlzələsi 7,5 bal gücündə olduğu üçün növbəti bu gücdə zəlzələnin 2500-cü ildən əvvəl baş verməsi təxmin edilmir. Mərmərədə 6-6,5 bal gücündə zəlzələlər hər 30 ildən bir baş verir. Övgün Əhməd Ercan qeyd edir ki, İstanbulda 2030-cu ildən əvvəl zəlzələ baş verərsə, onun gücünün 6,5 baldan yuxarı olacağı gözlənilməməlidir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm