Avropa İttifaqı Şurasının yeni prezidenti məlum oldu
Bizi izləyin

Dünya

Avropa İttifaqı Şurasının yeni prezidenti məlum oldu

O, 2019-cu ilin noyabrınadək bu vəzifəni icra edəcək.

Donald Tuskun Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində mandatı uzadılıb.

Publika.az xəbər verir ki, D. Tusk qurumun Brüssel sammitində tələb olunan sayda səs toplaya bilib. O, 2019-cu ilin noyabrınadək bu vəzifəni icra edəcək.

Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb. O, bu vəzifədə belçikalı Herman Van Rompeyi əvəzləyib. Reqlamentə uyğun olaraq, D. Tuskun səlahiyyət müddəti isə cari ilin may ayının 31-də başa çatacaq.

Bu vəzifəyə digər namizəd olan Yatsek Sariuş-Volksiyə gəlincə isə, o, ümumiyyətlə səs toplaya bilməyib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm