Qızla görüşə gedən azərbaycanlı güllələndi - RUSİYADA
Bizi izləyin

Dünya

Qızla görüşə gedən azərbaycanlı güllələndi - RUSİYADA

Telefon zəngindən sonra çölə çıxıb...

Martın 9-na keçən gecə Rusiyanın Sankt-Peterburq şəhərinin Nevski rayonunda azərbaycanlı turistə hücum olub.

Publika.az xəbər verir ki, 40 yaşlı Azərbaycan vətəndaşı hotelə tanış qızla vaxtını keçirməyə gəlmişdi.

Telefon zəngindən sonra çölə çıxan həmyerlimiz üç naməlum şəxsin hücumuna məruz qalıb. Onlardan ikisi qonağı döyüb, üçüncü şəxs isə onun ayağına atəş açıb. Hadisə 2-ci Rabfakofski küçəsində baş verib.

Nəticədə Azərbaycan vətəndaşı dörd güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Polis faktla bağlı araşdırma aparır. (oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm