• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

G7 Rusiyanın “qaz müharibəsi”nə qarşı plan hazırlayır

  • Dünya
  • 10 May 2014 10:06
  • 512 Baxış
G7 Rusiyanın “qaz müharibəsi”nə qarşı plan hazırlayır

“Böyük yeddilik” (G7) ölkələri enerjidaşıyıcılarından siyasi silah kimi istifadənin qarşısını almaq niyyətindədir.

Publika.az-ın “Independent” qəzetinə istinadən verdiyi məlumata görə. G7 Rusiyanın apardığı “qaz müharibəsi”nə qarşı Ukraynaya dəstək verəcək.

Qəzet Rusiyanın Ukraynaya qaz ixracını dayandıracağı halda, Ukraynaya dəstək planının həyata keçiriləcəyini yazıb. Böyük Britaniyanın energetika naziri Eda Deyvinin sözlərinə görə, belə bir plan artıq gələn ay hazırlana bilər. E.Deyvi qeyd edib ki, Qərb ölkələri Kreml tərəfindən gələn təhlükənin qarşısının alınmasının vacibliyini anlayır.

Həmçinin bildirilir ki, G7 artıq Rusiyadan enerji asılılığının azaldıılması üzrə planı qəbul etdi. G7-nin planlarına maye qazdan istifadə üçün terminalların tikintisi, boru kəmərləri şəbəkəsinin genişləndirilməsi və ABŞ-ın şist qazının ixracına qoyduğu məhdudiyyətlərin ləğv edilməsi daxildir.

Qeyd edək ki, Rusiya Ukraynaya qaz ixracının dayandırılacağı barədə xəbərdarlıq edib. Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov bildirib ki, qaz ixracının dayandırılması istisna edilmir. O, bunu Ukraynanın qaza olan borcunu ödəməməsi ilə izah edib.

Ukraynanın Rusiyaya olan qaz borcunun isə 3,5 milyard dollar olduğu bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR