Konstitusiya Məhkəməsi Cənubi Koreya prezidentinin impiçmentini təsdiq etdi
Bizi izləyin

Dünya

Konstitusiya Məhkəməsi Cənubi Koreya prezidentinin impiçmentini təsdiq etdi

Prezident seçkiləri 60 gündən sonra keçiriləcək.

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiq edib.

"Report" xəbər verir ki, beləliklə, Pak Kın Xe öz postunu tərk etmək məcburiyyətində qalan demokratik yolla seçilmiş ilk Cənubi Koreya prezidenti olacaq.

Konstitusiyaya əsasən, prezident seçkiləri 60 gündən sonra keçiriləcək.

İmpiçmet haqqında ilk qərar 9 oktyabr 2016-cı ildə çıxarılıb.

Siyasi qalmaqala prezidentin falçısı və yaxın rəfiqəsi Çxve Sun Sil səbəb olublar. O onlarla böyük firmalara iki qeyri-kommersiya fonduna pul köçürmələri üçün təzyiq göstərməkdə ittiham edilir. Burada 65,6 milyon dollardan söhbət gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm