Ərdoğan Moskvaya getdi, İstanbulda 5 rus biznesmen həlak oldu - YENİLƏNDİ - – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Ərdoğan Moskvaya getdi, İstanbulda 5 rus biznesmen həlak oldu - YENİLƏNDİ - – VİDEO/FOTOLAR

İstanbulun Böyükçəkməcə mahalında helikopter qəzaya uğrayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, helikopter televiziya qülləsinə dəyərək yerə düşüb.

Hadisə nəticəsində 5 nəfər həyatını itirib. Böyükçəkməcə mahalının bələdiyyə başçısı Həsən Akgün hazırda yerdə 5 yanmış cəsədin olduğunu bildirib. "Eczacıbaşı Qrupu"na aid vertolyotda 7 nəfər - 2 pilot, 4 əcnəbi və 1 türk sərnişin var idi. İstanbul valisi Vasip Şahinin “Hürriyyət” nəşrinə verdiyi məlumata görə, əcnəbilər rusiyalı biznesmenlərdir. Onların 4-ü də həyatını itirib.

Hadisə yerinə göndərilən 10 xilasetmə və yanğınsöndürmə qrupunun 50 əməkdaşı qəza nəticəsində yaranan yanğını söndürməyə çalışır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm