• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Papa erməniləri məyus etdi

  • Dünya
  • 10 May 2014 10:37
  • 637 Baxış
Papa erməniləri məyus etdi

Katolik dünyasının ruhani lideri Roma Papası Fransisk bütün ermənilərin katalikosu II Qareginlə Vatikanda bir araya gəlib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, əvvəlki açıqlamalarında ermənilərə qarşı “soyqırım” həyata keçirildiyini dilə gətirən Papa bu dəfə fərqli davranıb.

O, 1915-ci ildə baş verənləri “faciəvi olaylar” deməsi diqqət çəkib. Papa Buenos-Ayres kardinali olduğu 2006-cı ildə 1915-ci ildə həyatını itirən ermənilərin anıldığı 24 aprel mərasimini idarə etmişdi. O, etdiyi çıxışında “erməni soyqırımı” iddialarını şərtsiz qəbul etməsi üçün Türkiyəyə çağırış etmişdi.

Papa Fransisk keçən il erməni katoliklərinin lideri 19-cu Nersos Petros ilə görüşündə iyirminci yüzilliyin ilk soyqırımının ermənilərə qarşı həyata keçirildiyini ifadə etmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR