Ərdoğanla Putinin görüşü vaxtı həyata keçirilən SUİ-QƏSD PLANI
Bizi izləyin

Dünya

Ərdoğanla Putinin görüşü vaxtı həyata keçirilən SUİ-QƏSD PLANI

Türkiyə-Rusiya yaxınlaşmasının Qərb cəbhəsində xoş qarşılanmadığı məlumdur.

Bu gün səhər saatlarında İstanbulda helikopter qəzaya uğradı. Türkiyənin “Eczacıbaşı holdinq”inə məxsus helikopterdə 7 nəfər - 2 pilot, 4 əcnəbi, bir türk olub. Daha sonra məlum oldu ki, helikopterdəki 4 əcnəbi Rusiya vətəndaşları olan biznesmenlər – Aleksandr Vanin, İqor Koçerqin, Lyudmila Çurova və Yelena Badqaradır. Digər ölən şəxs isə “Eczacıbaşı”nın Rusiya bölməsinin rəhbəri Selim Özen olub.

Qəzaya uğrayanlar arasında rus biznesmenlərin olması hadisəyə xüsusi fon vermir. Lakin təxminən qəzanın baş vermə vaxtı - yerli vaxtla 11:21 - Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Moskvaya səfər etməsi “helikopter qəzası ilə Moskvada Ərdoğan-Putin görüşünün hansısa əlaqəsi ola bilərmi?” sualını gündəmə gətirir. Bu sualın cavabının “bəli” olması ehtimalı kifayət qədər zəifdir. Xüsusilə, Moskva görüşündə nə türk liderin, nə də rus liderin hadisə haqda danışmaması da bunu deməyə əsas verir. Amma açıq qalan nüanslar da nəzərdə qaçmır:

1. Helikopter televiziya qülləsinə çırpıldığı üçün qəzaya uğrayıb. Halbuki, qüllənin uzunluğu 257 metrdir və Türkiyə mediası bu zonanın pilotlar tərəfindən yaxşı tanındığı haqda məlumat yayıb. Məlumata görə, pilotlar bu zonadan tez-tez uçurdu və qüllənin yerini əla bilirlərmiş. Niyə pilotlar qüllənin olduğu kurs üzrə uçublar?

2. Rəsmi məlumata görə, hava şəraiti uçuş üçün əlverişli olmayıb. Bəs nə üçün helikopterə uçuş icazəsi verilib?

3. “Daily Sabah” qəzeti helikopterdəkilərin saat 12:00-da Bilecik mahalında görüşə getdiklərini yazıb. Qəza ilə bu görüşün arasında hansısa bağlantının olması mümkündürmü?

Bu sualların cavabı məlum deyil, güman ki, olmayacaq da. Lakin Ərdoğanın Moskvaya getməsi vaxtı rus biznesmenlərin olduğu helikopterin qəzaya uğraması nə qədər təsadüfi ola bilər, yaxud bu təsadüfdürmü?

Türkiyə-Rusiya yaxınlaşmasının Qərb cəbhəsində xoş qarşılanmadığı məlumdur. İki il öncə rus təyyarəsinin Suriya sərhədində türklər tərəfindən vurulması ilə başlanan Moskva-Ankara “müharibəsi” təxminən 9 ay sürdü. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd həyata keçirildi. Hansı ki, bu çevriliş cəhdindən öncə Ərdoğan Putinə barışıq məktubu ünvanlamışdı və iki liderin avqustun 9-da Sankt-Peterburqda görüşərək, gərginliyə son verəcəyi, münasibətlərdə yeni mərhələ açacağı gözlənilirdi. 15 iyul dövlət çevrilişi cəhdi isə Türkiyə və Rusiyanın daha da yaxınlaşmasına səbəb oldu. Daha sonra Rusiya-Türkiyə ittifaqını hədəfə alan müxtəlif cəhdlər yaşandı və bu cəhdlərin siyasi müstəvidəki hadisələrə paralel yaşanması təsadüfi deyildi.

Üç hadisə - üç hədəf

Birinci: 2016-cı ilin 9 dekabrında Rusiyanın Ankaradakı səfiri Andrey Karlov kameralar önündə öldürüldü. Həmin ərəfədə Suriyada Hələb şəhəri rus ordusunun dəstəyi ilə İŞİD-dən təmizləndi. Daha sonra Türkiyə Hələbdən təxliyyənin edilməsinə dəstək verdi. Ankara və Moskva Hələbin Əsədə verilməsində razılaşmışdı, əvəzində Rusiya Türkiyə üçün əhəmiyyətli olan Şimali Suriyanı PYD-dən (PKK-nın Suriya qolu) təmizləməyə dəstək verəcəkdi. ABŞ Obama dövründə Suriyanın şimalında PYD-nin əli ilə “kürd dəhlizi” yaratmaq və Türkiyənin önünü kəsmək planını tətbiq edirdi. Rusiya bu məsələdə Türkiyəni dəstəklədi və Karlovun ölümü ilə əvəz ödədi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İkinci: Karlovun ölümündən cəmi 6 gün sonra Rusiya Müdafiə Nazirliyinə məxsus T-24 təyyarəsi 92 nəfər ekipaj üzvləri ilə birlikdə Qara dənizin sularına qərq oldu. Təyyarə Hələbin xilasını qeyd etmək üçün Suriyaya gedirdi.

Üçüncü: fevralın 10-da Suriyada rus təyyarələri “səhv” nəticəsində türk əsgərlərini bombaladı. Bu hadisə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yeni şefi Maykl Pompeonun Ankaraya ilk səfəri ilə eyni günə təsadüf etmişdi. Lakin bu “səhv” hər iki paytaxtda anlayışla qarşılandı və iki ölkənin münasibətlərinə xələl gəlmədi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Və Ərdoğan bu gün səhər Moskvaya getdi. Çantasında terror təşkilatlarına qarşı birgə mübarizə və Suriya məsələsi, həmçinin, NATO-nun əleyhinə olduğu S-400 raket kompleksinin Rusiyadan alınması kimi mühüm məsələlər, bununla yanaşı, ikitərəfli iqtisadi-ticarət əlaqələri kimi iqtisadi prioritetlər vardı.

Təxminən eyni saatlarda İstanbulda rus biznesmenlərinin də olduğu helikopter qəzaya uğrayır. Bu, bəlkə də təsadüfdür, lakin əvvəlki hadisələrin təcrübəsi ortada sui-qəsd planının olması ehtimalına da güc verir.

“Eczacıbaşı holdinq”in Qərbin Moskvaya qarşı sanksiyalarının ən güclü olduğu vaxtlarda belə Rusiyanı tərk etməməsi də diqqət çəkən detallardan biridir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm